AZ

Azərbaycan cüdoçuları Avropa çempionatının lk gündə 6 medal qazanıblar

Bakı. Trend:

Şimali Makedoniyanın paytaxtı Skopyedə cüdo üzrə yeniyetmələrarasında Avropa çempionatı start götürüb.

Trend-inməlumatına görə, yarışın ilk günündə 6 çəki dərəcəsində 9 cüdoçumuztatamiyə çıxıb. Onlardan 6-sı fəxri kürsüdə yer almağı bacarıb.

Oğlan cüdoçularımız çıxış etdikləri hər 3 çəki dərəcəsində qızılmedal qazanıblar. Anar Quliyev (-50 kiloqram), Rəsul Əlizadə (-55kiloqram) və Zeyd Ələsgərov (-60 kiloqram) bütün rəqiblərini məğlubedərək Avropa çempionu olublar.

Qızlar arasında isə Nərmin Ağamirzəzadə (-48 kiloqram) gümüş,Gülşən Hüseynova (-44 kiloqram) və Leyla Ələkbərova (-48 kiloqram)bürünc medal əldə ediblər.

Beləliklə, Azərbaycan yığması Avropa çempionatının ilk günündə 3qızıl, 1 gümüş və 2 bürünc olmaqla, ümumilikdə 6 medal qazanıb. Bunəticə ilə millimiz medalların əyarına görə ümumi komanda hesabındabirinci pillədə qərarlaşıb.

Seçilən
22
50
az.trend.az

10Mənbələr