Çimərlik voleybolu üzrə Azərbaycan yığma komandaları Ermənistan və Gürcüstan millilərini məğlub ediblər. Federasiyanın mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, Litvanın paytaxtı Vilnüsdə təşkil olunan 20 yaşadək çimərlik voleybolçuları arasında Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında qızlardan və oğlanlardan ibarət komandalar 1/4 finala vəsiqə qazanıblar.Bu gün start götürən turnirdə Azərbaycan iki qız və iki oğlan cütü ilə təmsil olunur. Oğlanların mübarizəsində İbrahim Məmmədov və Muhəmməd Aslanlı cütü 2:0 hesabı ilə Ermənistan komandasına qalib gələrək 1/4 finala vəsiqəni təmin ediblər.İlkin mərhələdə Gürcüstan təmsilçilərinə 2:1 hesabı ilə qalib gələn Xədicə Hadızadə və Cəmilə Bəşirova cütü də növbəti mərhələyə yüksəlib.