AZ

Ermənistan xüsusi təyinatlıları ilə kilsə tərəfdarları arasında toqquşma

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) maskalı xüsusi təyinatlı dəstələri erməni kilsəsinin rəhbərinin iqamətgahına daxil olublar.

Musavat.com xəbər verir ki, bu barədə erməni teleqram kanalları məlumat yayıb.

Bütün ermənilərin katolikosu II Qaregin təhlükəsizlik qüvvələri ilə üzbəüz gəlib.

Hadisə yerində olan jurnalistlər ərazidən kənarlaşdırılıblar.

Katolikos II Qaregin ruhanilərlə xüsusi təyinatlılar arasında qarşıdurmanın yaranmaması üçün onların qarşısına çıxaraq dialoqa cəhd göstərib.

Hazırda tərəflər arasında danışıqlar davam edir.

Musavat.com

Seçilən
6
50
musavat.com

10Mənbələr