AZ

Ermənistan parlamentində gözlənilməz hadisə


Ermənistan parlamentində ali təhsil və elm sahəsində qanunvericilik islahatlarına həsr olunmuş dinləmələr zamanı gözlənilməz hadisə baş verib – zalda elektrik enerjisi kəsilib.

News24.az-in erməni mediasına istinadən xəbərinə görə, hadisə ölkənin təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan çıxış edərkən baş verib.

Nazir çıxışını qaranlıqda davam etdirib.

“Görünür, mikrofonlar sönmədi. Bu, normaldır?”, - deyə Janna Andreasyan dinləmələrə sədrlik edən, hakim “Vətəndaş sazişi” partiyasının deputatı və parlamentin Elm, Təhsil, Mədəniyyət, Diaspora, Gənclər və İdman üzrə daimi komissiyasının rəhbəri Sisak Qabrielyana sual ünvanlayıb./musavat

Seçilən
1
3
news24.az

10Mənbələr