AZ

“Katolikos Kilsəni tərk edəcək, bu, sadəcə zaman məsələsidir...”- Erməni spiker

Ermənistan parlamentinin sədri Alen Simonyan, özünü inanclı hesab etdiyini vurğulayaraq, erməni Apostol Kilsəsinin müqəddəs olduğunu bildirib.
 
Moderator.az bu haqda "Armtimes" nəşrinə istinadla xəbər verir.
 
Simonyan jurnalistlərlə söhbətində,"Ktric Nersisyandan xahiş edirəm və ona çağırış edirəm ki, ən qısa müddətdə postunu tərk etsin. Bu məsələ nə qədər uzanarsa, o qədər həm özünə, həm də ölkəmizə ziyan verəcək", – deyə qeyd edib.
 
Alen Simonyan əlavə edib ki, katolikos Ana Taxtı tərk edəcək və bu, yalnız zaman məsələsidir.
 
"Xahiş edirəm, vəzifəsini tərk etsin", – deyə Simonyan bildirib.
 
S.Laçın
Seçilən
271
5
moderator.az

10Mənbələr