ain.az bildirir, Bakupost portalına istinadən.
Ermənistan parlamentində ali təhsil və elm sahəsində qanunvericilik islahatlarına həsr olunmuş dinləmələr zamanı gözlənilməz hadisə baş verib – zalda elektrik enerjisi kəsilib.
Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, hadisə ölkənin təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan çıxış edərkən baş verib.
Nazir çıxışını qaranlıqda davam etdirib.
“Görünür, mikrofonlar sönmədi. Bu, normaldır?”, - deyə Janna Andreasyan dinləmələrə sədrlik edən, hakim “Vətəndaş sazişi” partiyasının deputatı və parlamentin Elm, Təhsil, Mədəniyyət, Diaspora, Gənclər və İdman üzrə daimi komissiyasının rəhbəri Sisak Qabrielyana sual ünvanlayıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.