“Rusiya Ermənistan üçün Avropa İttifaqı (Aİ) ilə yaxınlaşma normaları ilə Avrasiya İqtisadi Birliyinin (AİB) qaydaları arasında ziddiyyətləri qeyd edən məktub hazırlayır”.
Hurriyyet.Az xəbər verir ki, bunu Rusiya Baş nazirin müavini Aleksey Overçuk TASS-ın sualını cavablandırarkən deyib.
“Mən həmkarım Mher Gerbertoviçə (Ermənistan baş nazirinin müavini Qriqoryan – red.) ünvanlanacaq məktubu imzalamağa hazırlaşıram, fikrimizcə, bu hərəkətlər (Aİ ilə yaxınlaşma) Avrasiya İqtisadi Birliyinin normalarına ziddir. Bu baxımdan, müvafiq tədbirlərin tətbiqi məsələsinə baxacağıq”, - Rusiya baş nazirinin müavini xəbərdarlıq edib.