AZ

Samuxda 5 ay əvvəl Kürdə batan şəxsin meyiti TAPILDI

Samux rayonunda Kürdə batan şəxsin meyiti tapılıb.

Viral.az xəbər verir ki, sudan meyiti tapılan şəxs Samux rayonun Seyidlər kənd sakini 2003-cü il təvəllüdlü İsmayıl Şubliyevdir.

Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Son Yazılar:

Qeyd edək ki hadisə bu ilin Fevral ayında Kür çayının Samux rayonundan keçən hissəsində baş verib.

Belə ki, Samux rayonu, Seyidlər kənd sakini 2003-cü il təvəllüdlü Şubliyev İsmayıl Xaliq oğlu, digəri Şəmkir rayon sakini, 1999-cu il təvəllüdlü Müşfiq İsmayılov balıq tutan zaman kürdə batıblar.

Hadisədən sonra Müşfiq İsmayılovun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır (APA). 

Seçilən
0
41
viral.az

10Mənbələr