AZ

Samuxda evdən yanmış qadın meyiti tapılıb

Samuxda evdən yanmış qadın meyiti tapılıb.

“Qafqazinfo” “Oxu.Az”a istinadən xəbər verir ki, hadisə rayonun Burunqovaq kəndində qeydə alınıb.

Burunqovaq kənd sakini 1939-cu təvəllüdlü Y.Bəkirovanın yanmış meyiti aşkar edilib. Dərhal hadisə yerinə Samux Rayon Polis Şöbəsinin və rayon prokurorluğunun əməkdaşları cəlb ediliblər.

Məlumata görə, yaşlı qadının üzərində xəsarətlər olub. Qadının evdə tənha yaşadığı bildirilir. Hadisənin şəxs və ya şəxslər tərəfindən törədildiyi araşdırılır.

Seçilən
13
41
qafqazinfo.az

10Mənbələr