AZ

Samuxda evində meyidi tapılan yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum oldu

SAMUX, 29 iyun. TELEQRAF

Samux rayonunun Burunqivaq kəndindəki evində meyiti aşkarlanan 1939-cu il təvəllüdlü Yahuzə Bəkirova ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə gecə saatlarında baş verib.

Qadının meyidini qonşular aşkar ediblər. Onun üzündə, başının arxa hissəsi və qol nahiyyəsində kəsici yaralar olub.

Hadisəni törtməkdə şübhəli bilinən şəxs və ya şəxslər sonradan evi yandırmağa çalışıblar.

Məlumat üçün bildirək ki, 86 yaşlı Yahuzə Bəkirova uzun müddətdir Burunqovaq kəndində tək yaşayıb. Onun kənddə qardaşı və qardaşı övladları var.

Sadə həyat tərzi sürən Y. Bəkirova həyətində bir neçə mal-qara saxlayıb və yaşa görə pensiya alıb.

Faktla bağlı Samux rayon prokurorluğunda araşdırma başkanılıb

Seçilən
9
50
teleqraf.com

10Mənbələr