"Fənərbağça"dan ayrılan Errik Makkollumun yeni komandası məlum olub.
Offsideplus.az xəbər verir ki, 37 yaşlı basketbolçu yenidən "Qalatasaray"a qayıdıb. Bu, onun "sarı-qırmızılar"a 3-cü gəlişidir.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Makkollum başa çatan mövsümdə "Fənərbağça" ilə Avroliqanı qazanıb. O, "sarı-lacıvərdlilər"lə mümkün olan bütün kubokları qazanıb.
Amerikalı basketbolçu "Qalatasaray"la 1+1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, o, NBA komandası New Orleans Pelicans'da çıxış edən Si Cey Makkollumun böyük qardaşıdır.