“Arsenal” klubu “Atalantanın hücumçusu Adeqbola Lukmana marağını yenidən aktivləşdirib.
Publika.az xəbər verir ki, Bu barədə “Caught Offside” məlumat yayıb.
Mənbənin xəbərinə görə, London təmsilçisi 27 yaşlı nigeriyalı futbolçunu hələ 2024-cü ilin yayında da izləyirdi. İndi isə “Atalanta” onun transferi üçün 45-50 milyon avro tələb edir. Lukman özü də İngiltərə Premyer Liqasına qayıtmaq istəyindədir.
Geridə qalan mövsümdə Lukman bütün turnirlərdə 40 oyuna çıxıb, 20 qol vurub və 7 məhsuldar ötürmə verib. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalı futbolçunun bazar dəyərini 60 milyon avro olaraq göstərir.