AZ

"Arsenal" Lukmana yenidən maraq göstərir

"Arsenal" klubu "Atalanta"nın hücumçusu Ademola Lukmana yenidən transfer marağı göstərir.

90deqiqe.Az-ın “Caught Offside” portalına istinadən məlumatına görə, Premyer Liqa təmsilçisi 27 yaşlı futbolçunun agenti ilə danışıqlara yenidən başlayıb.

İtaliya klubu Lukmanın transferi üçün 45–50 milyon avro tələb edir. Nigeriyalının özü də İngiltərə Premyer Liqasına qayıtmaqda maraqlıdır.

Qeyd edək ki, Lukman əvvəllər "Everton"un heyətində bu liqada çıxış edib.

O, geridə qalan mövsümdə "Atalanta"nın heyətində bütün turnirlər üzrə 40 oyuna çıxaraq 20 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Hücumçunun klubla müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına əsasən, futbolçunun bazar dəyəri 60 milyon avro təşkil edir.

Seçilən
31
16
90deqiqe.az

10Mənbələr