“Arsenal” klubu “Ayntraxt”ın hücumçusu Uqo Ekitikeni heyətinə qatmaq niyyətindədir.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə Almaniyanın "Bild" nəşri məlumat yayıb.
İdman direktoru Andrea Berta rəhbərliyi altında aparılan transfer işlərində “kanonirlər” 100 milyon avro ödəmək istəməsələr də, hücum xəttini gücləndirmək üçün böyük məbləğ xərcləməkdən çəkinmirlər.
“Arsenal” “Sportinq”in futbolçusu Viktor Qyokeres və “Leypsiq”dən Benyamin Şesko ilə danışıqlarda qiymət endirə bilməsə, Uqo Ekitikeni transfer etmək üçün ciddi investisiya etmək məcburiyyətində qalacaq.
Ötən mövsümdə Ekitike bütün turnirlər üzrə 48 oyunda iştirak edərək 22 qol vurub və 12 məhsuldar ötürmə edib. Hücumçunun mövcud müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.