AZ

Lavrov Ermənistanı hədələdi: Bizdən üz döndərsəniz, çətin ki…

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələri Ermənistanı assosiasiyanın tamhüquqlu üzvü hesab etməkdə davam edir, lakin bu status təşkilat daxilində bütün öhdəliklərə əməl olunmasını nəzərdə tutur.

Ulusal.az  xəbər verir ki, bunu jurnalistlərə Rusiyanın xarici işlər naziri Sergey Lavrov KTMT Xarici İşlər Nazirləri Şurasının (KTMT XİNŞ) yekunlarını şərh edərkən deyib.

“Biz Ermənistanı hələ də bu təşkilatın tamhüquqlu üzvü hesab edirik, lakin təbii ki, tamhüquqlu üzvlük iştirak və KTMT-nin nizamnamə sənədlərindən irəli gələn bütün öhdəliklərə əməl etməyi nəzərdə tutur. Yeri gəlmişkən, rüsumların ödənilməsi də daxil olmaqla”, – nazir deyib.

Onun sözlərinə görə, Ermənistan rəhbərliyinin bəyanatları tendensiyaların “çoxvektorlu kontekstdə” inkişaf etdiyini göstərir. “Ermənistanın baş naziri bu yaxınlarda bəyan etdi ki, Avrasiya İqtisadi İttifaqı ilə Avropa İttifaqı arasındakı dövr tezliklə keçəcək. Ermənistan rəhbərliyindən kimsə bəyan etdi ki, yaxın vaxtlarda KTMT ilə bağlı nəhayət, qərar qəbul etmək lazım gələcək.

Biz Ermənistanın hakim dairələrinə heç bir təzyiq göstərmirik, bütün bu məsələlərlə bağlı aydınlıq gözləyəcəyik, lakin hamımız başa düşürük ki, Ermənistan müttəfiqlərindən, ən yaxın tərəfdaşlarından, qonşularından üz döndərərsə, çətin ki, erməni xalqına xeyir verə bilər”, – Rusiya XİN rəhbəri qeyd edib.Publika.az

Seçilən
9
31
moderator.az

10Mənbələr