BAKI, 1 iyul. TELEQRAF
Ermənistan hakimiyyəti Rusiya ilə təmasları azaltmağa və münasibətlərdə məsafəni uzaqlaşdırmağa çalışır.
Teleqraf xəbər verir ki, bu barədə “Past” qəzeti yazır.
“İyunun 30-da xarici işlər naziri Ararat Mirzoyan KTMT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etməkdən imtina edərək, İrəvanda Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallasla görüşüb. Mirzoyan Kallasla birgə mətbuat konfransında rusiyalı həmkarı Sergey Lavrovu Ermənistanın daxili işlərinə qarışmaqda ittiham edib.
Bu fonda Fransa Prezidenti Emmanuel Makronun hakimiyyəti dəstəkləyən bəyanatları olmasaydı, Mirzoyanın Rusiyaya qarşı demarşı normal qarşılanardı. Görünən budur ki, Ermənistanın anti-Rusiya kursu sərtləşir”, - erməni nəşri bildirib.