Unikal.az saytına istinadən ain.az xəbər verir.
"ABŞ və Aİ-nin Rusiyanı Ermənistan-Azərbaycan arasında normallaşma prosesindən çıxarmaq istəyi regionda təhlükəsizlik təhdidlərini artırır".
"Unikal" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "RİA Novosti"yə açıqlamasında deyib.
"Biz hesab edirik ki, sülh prosesini regional paradiqmada, dostlar dairəsində – Cənubi Qafqaz ölkələri və ona bitişik tərəfdaş dövlətlər, kənardan destruktiv müdaxilələr istisna olmaqla, möhkəmləndirmək vacibdir", - Rusiya XİN rəhbəri vurğulayıb.
Lavrovun sözlərinə görə, Moskva 2020-2022-ci illərdə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmaları əsasında Bakı və İrəvan arasında danışıqların uğurla başa çatması üçün hər iki tərəfin tələb edəcəyi formada və həcmdə tərəfdaşlıq yardımı göstərməyə hazırdır.
Ağarza Elçinoğlu
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.