"Rəsmi Moskva (Kreml) Azərbaycanla əlaqələrin pozulmasından “səmimi şəkildə təəssüflənir” və münasibətlərin daha da inkişafında maraqlıdır".
Azərbaycan XİN Rusiyada azərbaycanlılara hücumlarla bağlı bəyanat yayıb
FED.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov mətbuat konfransı zamanı deyib: “Biz qəbul edilmiş qərarlara görə təəssüflənirik”.
Moskva hesab edir ki, Azərbaycan tərəfinin gördüyü tədbirlər “şişirdilmiş reaksiyadır”. Kreml nümayəndələrinin fikrincə, hüquq-mühafizə orqanlarının hərəkətləri ilə bağlı məsələlər belə genişmiqyaslı məhdudiyyətlərə səbəb olmamalıdır.
Peskovun sözlərinə görə, hazırda bu məsələ ilə bağlı Vladimir Putinlə İlham Əliyev arasında ayrıca söhbət planlaşdırılmır. Lakin zərurət yaranarsa, belə bir dialoq “qısa müddətdə” təşkil oluna bilər. Rusiya tərəfi Azərbaycanla əməkdaşlığı davam etdirməkdə maraqlı olduğunu bəyan edir.
İki ölkə arasında münasibətlərdə gərginlik iyunun 27-də Yekaterinburqda Azərbaycan vətəndaşının öldürülməsi və saxlanılması hadisəsindən sonra yaranıb. Azərbaycan Xarici İşlər Nazirliyi rəsmi etirazını bildirib və hadisənin hərtərəfli araşdırılmasını tələb edib. Buna cavab olaraq, Bakı Rusiya ilə bir sıra birgə tədbirlərdə iştirakdan imtina edib. (Marja)