AZ

Moskva Bakıya NOTA verdi, davamlı təzyiq göstərir: amma Bakı artıq “o Bakı” deyil!

Tribuna saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Rusiya ilə Azərbaycan arasında münasibətlər son günlər ciddi şəkildə gərginləşib. Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanın Moskvadakı səfirini çağıraraq “Bakının son addımlarına görə” rəsmi etiraz notası təqdim edib.

Rusiya tərəfi bildirib ki, Bakı son vaxtlar “qeyri-dost addımlar” atır. Onlar sırasında yüksək səviyyəli tədbirlərin ləğvi, Azərbaycan mediasında rusofob mövzuların qabardılması, “Sputnik Azərbaycan” əməkdaşlarına qarşı hüquqi addımlar və hətta uşaq kollektivlərinin iştirakı ilə keçiriləcək mədəni tədbirlərin belə təxirə salınması göstərilir. Moskva buna görə Azərbaycan səfirindən Bakıda saxlanılan rusiyalı “jurnalistlərin” dərhal azad edilməsini tələb edib.

Bütün bu gərginlik fonunda Bakıda son bu gün iki böyük rusiyalı cinayətkar qrup ifşa edilərək çökdürülüb. Azərbaycan DİN genişmiqyaslı əməliyyat keçirib və saxlanılanların hamısı Rusiya vətəndaşlarıdır. Onlar əsasən narkotik dövriyyəsində və kibercinayətlərdə iştirakda ittiham olunurlar.

Əməliyyat zamanı çəkilən video görüntülərdə rusiyalıların əllərinin qandallanması, avtobuslara mindirilməsi və xüsusi nəzarət altında aparılması aydın görünür. Bu, Bakının artıq yalnız sözlə yox, əməli addımlarla da sərt mövqe sərgilədiyini göstərir.

Reallıq budur ki, Rusiya illərdir öz ərazisində yaşayan azərbaycanlılara qarşı müxtəlif formada təzyiqlər, hətta zorakılıqlar həyata keçirir. Son Yekaterinburq olayında azərbaycanlıların işgəncə ilə öldürülməsi buna bariz nümunədir. Bakı indi bu təzyiqlərə cavab olaraq adekvat tədbirlər görür.

Bu həm də Azərbaycanın dövlət mövqeyinin sərgilənməsi, milli təhlükəsizliyinə və suverenliyinə toxunan hər hansı davranışa biganə qalmayacağının nümayişidir. Bu baxımdan Azərbaycan dövlətini bu prinsipial mövqeyinə görə təbrik etmək olar.

Moskva nə qədər Bakıdan “yumşaq reaksiya” gözləsə də, artıq qarşısında fərqli, qürurlu və milli maraqları prioritet sayan Azərbaycan dövləti görür. Bu, Azərbaycan cəmiyyətinin də gözlədiyi möhkəm duruşdur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
2
tribunainfo.az

10Mənbələr