AZ

Sputnik Azərbaycan da saxlanılan şəxslər binadan çıxarılır

ain.az, Missiya.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Sputnik Azərbaycan"da keçirilən əməliyyat nəticəsində saxlanılan şəxslər binadan çıxarılır.

Missiya.Az "Report"-a istinadən xəbər verir ki, onlar hüquq-mühafizə orqanlarının avtomobili ilə ərazidən aparılır.

Qeyd edək ki, Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə fevralın 24-də bildirmişdi ki, "Rossiya Segodnya"nın (Sputnik) Azərbaycandakı nümayəndəliyi ləğv edilib. O söyləmişdi ki, sözügedən qurum yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilər.

Ancaq buna baxmayaraq, "Sputnik Azərbaycan”ın fəaliyyətini davam etdirdiyi, əməkdaşlarının işə çıxdığı məlum olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
248
35
missiya.az

10Mənbələr