AZ

 Ermənistandakı vəziyyətin açıqlaması: “İtin dişi, donuzun dərisi”

Ermənistanda siyasi vəziyyət  gərgin olaraq qalmaqdadır. Ölkədə daxili sabitliyə təhlükə yaradan, siyasi qüvvələr, iqtidarla müxalifət, hökumətlə  kilsə arasında yaranan  çəkişmələr   ovuc boyda olan Ermənistana həlli müşkül problemlər yaradıb.  Cənubi Qafqazda maraqları olan  dairələrin ssenariləri əsasında idarə olunan hadisələr illərdən bəri  başqa ölkələrdə  hazırlanan məkrli planların təkrarı,  dünya siyasətinə uyğunlaşdırılan,  yeni  tələblər əsasında yazılan şoulardır.  Məqsəd  Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh sazişinə əngəl olmaq, Zəngəzur dəhlizinin açılmasının qarşısını almaqdır. Bu məsələlərdə ən çox maraqlı olan tərəflər həmişə olduğu kimi,  Rusiya və İrandır.

Qeyd edək ki, Rusiyanın  Ermənistanda dövlət çevrilişlərinə cəhd hadisələrinə münasibət  bildirməsi  türklərin məşhur məsələinə bənzəyir:  «Qətlin sifarişçisi cinayət  yerinə sonda gəlir.»   Rəsmi Kreml Ermənistanda qarşısı alınan dövlət çevrilişinə cəhdi  bu ölkənin daxili məsələsi adlandırsa da   həmin «daxildə» gərginliyi artıran barmağın Rusiyadan uzandığı bəllidir.

Bu reallığın subutuna  heç ehtiyac da yoxdur. Dövlət çevrilişi cəhdinin təşkilatçılarına və iştirakçılarına diqqət yetirməklə bu aksiomanı asanlıqla araşdırmaq olar. Ölkə müxalifətini idarə edən Rusiyanın olması bəllidir.   Hakimiyyət uğrunda açıq, gizli mübarizə aparan  sabiq prezidentlər Serjik Sarkisyan da,  Robert Koçaryan da  Kremlin kadrlarıdırlar.  Həmişə  Ermənistanın keçmiş rəhbərlərinə sadiq qalan, aralarındakı işbirliyini hələ də davam etdirən  kilsə də bu sıyahıya  əlavə olunsa   üçlük tamamlanır.  Neçə müddətdir ki, guya Ermənistanın daxili siyasətinə təsir etdiyini guman edən  «Vətən naminə Tavuş» hərəkatının lideri Baqrat  Qalstanyanın din pərdəsi altında  yaratdığı şoular,  təşkil etdiyi küçə yürüşləri   dövlət çevrilişinə hazırlığın proloqu imiş. Dövlət çevrilişində adı hallandığı üçün həbs edilmiş erməni əsilli rusiyalı  milyarder  Samvel Karapetyan, «Çiçəklənən Ermənistan»  Partiyasının qurucusu  Qaqik Tsarukyan arabanın yeddinci təkəri olsalar da  adları sabiqlərlə  bağlıdır. Ayrı-ayrı fərdlərlə  yanaşı,   «Qazprom Ermənistan» və «Cənubi Qafqaz Dəmir Yolu» şirkətlərinin də  çevrilişdə iştirakları göstərir ki, sifariş Şimaldan  gəlib. Bəllidir ki,  Ermənistanın  iqtisadiyyatının strateji obyektləri,  sənaye  müəssisələri,  enerji və nəqliyyat infrastrukturu  hələ də Rusiyaya bağlıdır.  Kilsə nümayəndələrinin, bəzi məmurların  kütləvi həbsi müxalifətlə iqtidar arasında gərginliyi artımaqla  xarici dairələrin  Cənubi Qafqazda sabitliyin pozulmasına yönələn daha bir təxribatıdır.   

Dərin köklərə malik dövlət-kilsə münasibətlərini davam etdirən  Erməni Apostol Kilsəsindən  (EAK) hökumətə təzyiq vasitəsi kimi istifadə həmişə mövcud olub. Ermənistanda baş verən son hadislərdən aydın olur ki,  hazırda bu stereotipə   redəktələr edilir. Kilsənin  hakimiyyətə , siyasi hadisələrə  təsir imkanları məhddulaşdırılır.  Ermənistanın baş nazirinin hazırkı tələbi, qarşıya qoyduğu vəzifə kilsənin dövlət dən ayrı fəaliyyət göstərməsi,  bu sahədə kadr islahatlarının aparılmasıdır. Rusiyanın əlində alətə çevrilən müxalifətin, revanşist qüvvələrin   kilsə ətrafında  birləşməsi  insanlar arasında  parçalanma yaradır. Gələn il bu ölkədə  keçiriləcək parlament seçkilərində üstünlük qazanmaq üçün din pərdəsi altında birləşən  revanşistlərin məqsədi Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaqdır.  Xarici qüvvələrin dəstəyi ilə formalaşan, təlimatlandırılmış,  aksiyalar keçirməklə  hakimiyyət əleyhinə ciddi  təhdidlər səsləndirən müxalif qüvvələr arasında belə fərqli düşüncə mənsublarının olması vəzyyəti daha da gərginləşdirir.
İkinci Qarabağ müharibəsində məğlubiyyətdən sonra bütün erməniləri Paşinyanın əleyhinə  yürüşlərə səsləyən, baş nazirin istefasını tələb edən   katolikos II Qareginin bumeranq effektli çağırışı özünə qənim oldu.   Baş nazir  Nikol Paşinyan kilsə rəhbərinin istefasını tələb etdi. Yaranan vəziyyət  təbii ki,   Azərbaycanla Ermənistan  arasında imzalanacaq  sülh sazişini yubadır.

Ermənistanın baş naziri Nikol Paşinyanın iyunun 20-də Prezident Rəcəp Tayyip Ərdoğanın dəvəti ilə Türkiyəyə  səfəri də  İrəvanda birmənalı qarşılanmayıb. 1993-cü ildə Dağlıq Qarabağın işğalından sonra Ermənistanla diplomatik əlaqələrini kəsən  Türkiyənin bu təşəbbüsü bölgədə  sabitliyin yaranmasına  önəmli töhfə olsa da İrəvanda   bu səfərə başqa don geyindirilməsi ilə islamofob meyllər də artmaqdadır.  Xatırladaq ki, Paşinyanın  Türkiyədə  2023-cü ildə keçirilən prezident seçkilərində qələbə qazanan Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirakı da maraqlı qüvvələri qıcıqlandırmışdı.  Paşinyanın  Albaniyada keçirilən «Avropa Siyasi Birliyi»nin  Zirvə görüşündə  Ərdoğanla  görüşü,   Qurban bayramı münasibətilə  Türkiyə Prezidenti ilə  telefon danışığı bölgədə  siyasi sabitliyə töhfə olsa da, Rusiyanı və Qərbi  narahat edir.  Bu cür görüşlərdən, Azərbaycanla Ermənistan arasında  vəziyyətin normaşlaşacağından qorxan müxaliflər cəmiyyətdə   fikir ayrılıqları formalaşdırır, anti-Azərbaycan, antitürk təbliğatı  aparırlar. Halbuki, Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsi, iqtisadi və ticarət əlaqələrinin, infrastrukturun bərpası iqtisadi, sosial böhranla üzləşən  Ermənistana daha çox vacibdir. Türkiyənin və Azərbaycanın Orta Dəhliz, Zəngəzur dəhlizlərinin açılması ilə bağlı göstərdikləri qətiyyəti xarici ağalarının  göstərişlərinə uyğun  «təhlil edən» müxaliflərin, revanşist və din xadimləri ilə brgə təşkil etdikləri dövlət çevrilişinə  cəhdin məqsədi Cənubi Qazfazda yeni müharibə  şəraiti formalaşdırmaqdır. Amma Ermənistanda terror təhlükəsinin, hakimiyyətin ələ alınması cəhdinin qarşısı alındı.  İştirakçılar  haqqında tədbir görüldü.  Arxiyepiskop  Baqrat Qalstanyan həbs olundu. İrəvanda Daşnaksütyun Partiyasının gənclər qanadı və  «Nikol Ağbalyan» tələbə birliyinin 10-dan çox nümayəndəsi saxlanıldı

 Belə qarışıq məqamda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Qırğızıstanda keçiriləcək KTMT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etməyəcəyi ilə bağlı açıqlaması  ölkədə birmənalı qarşılanmayıb.  Nikol Paşinyanın  Türkiyəyə səfərindən sonra   Kreml ilə əlaqələrin soyuqluğunun daha bir təsdiqi olan  bu seçim Rusiyameyilli qüvvələri daha da hiddətləndirib.   Yaranan vəziyyətin  açıqlaması belədir: «İtin dişi, donuzun dərisi.»

 Xuraman İsmayılqızı, "İki sahil"

Seçilən
3
19
ikisahil.az

10Mənbələr