AZ

Türkiyədə bütün heyvan bazarları bağlandı

Milli.az saytından alınan məlumata görə, ain.az bildirir.

Türkiyədə dabaq xəstəliyinin sürətlə yayılması səbəbilə bütün heyvandarlıq bazarlarının fəaliyyətinin dayandırılmasına qərar verilib.

Milli.Az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Qida Nəzarəti Baş İdarəsi tərəfindən 81 vilayətə təcili xəbərdarlıq məktubu göndərilib.

Məktubda Qurban bayramından sonra yoluxma hallarının artdığı, bəzi bölgələrdə karantin tətbiq olunduğu və heyvanların hərəkətinin xəstəliyin yayılmasını sürətləndirdiyi qeyd edilib. Bildirilib ki, heyvanların qısa müddətdə tam peyvəndlənməsi mümkün deyil.

Qurum bütün ticarət məntəqələrinin dərhal və növbəti göstərişədək bağlanmasını tələb edib.

Asya

Milli.Az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
35
news.milli.az

10Mənbələr