"Mirtorq” MMC-nin Rusiyadan idxal etdiyi "Miratorq-Zapad" müəssisəsinin istehsalı olan 639 kq soğan halqası məhsulunda bakteriya aşkarlanıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Adalet.az-a verilən məlumata görə, agentliyin götürdüyü nümunələrin müayinəsi nəticəsində məhsullarda patogen bakteriya aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilərək məhsul partiyası məhv edilib.