Nəzarət tədbirləri çərçivəsində “Mirtorq” MMC-nin Rusiyadan idxal etdiyi "Miratorq-Zapad" müəssisəsinin istehsalı olan 639 kiloqram soğan halqası məhsulundan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində patogen bakteriya (Listeria monocytogenes) aşkarlanıb.
Publika.az xəbər verir ki, bu barədə AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsi məlumat yayıb.
Bildirilib ki, faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul olunaraq məhsul partiyası məhv edilib.