AZ

"Mirtorq” MMC-nin Rusiyadan gətirdiyi soğan halqasında bakteriya çıxdı

"Mirtorq” MMC-nin Rusiyadan idxal etdiyi "Miratorq-Zapad" müəssisəsinin istehsalı olan 639 kq soğan halqası məhsulunda bakteriya aşkarlanıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) FED.az-a verilən məlumata görə, agentliyin götürdüyü nümunələrin müayinəsi nəticəsində məhsullarda patogen bakteriya aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilərək məhsul partiyası məhv edilib.

Seçilən
1
17
fed.az

10Mənbələr