“Zirə” heyətini yeni futbolçu ilə gücləndirib.
Sportinfo.az xəbər verir ki, “qartallar” Brahim Konate, Yeqor Boqomolski və İsmayıl İbrahimlidən sonra Abdulaziz Batobiye ilə anlaşıb.
Bir neçə gün öncə Bakıya təşrif buyuran sol cinah müdafiəçisi ilə 3 illik müqavilənin bağlanması nəzərdə tutulub.
2007 doğumlu toqolu futbolçu hazırda keçirilən “Qarabağ” - “Zirə” yoldaşlıq görüşünün ikinci yarısında meydana çıxıb.
HƏBİB