AZ

Kərkük hava limanı vuruldu

İraqın Kərkük şəhərində Kərkük Beynəlxalq Hava Limanı gecə saatlarında raket hücumuna məruz qalıb.

"Cebheinfo.az" xəbər verir ki, atılan 3 raket hava limanının ərazisinə düşüb.

Hava Limanı İdarəsi tərəfindən verilən açıqlamaya görə, yerli vaxtla saat təxminən 23:30 radələrində mənbəyi hələ məlum olmayan 3 raket hava limanına düşüb.

Raketlərdən ikisi hava limanındakı hərbi bölgəyə, biri isə mülki əraziyə düşüb. Mülki əraziyə düşən raket otluq sahədə yanğına səbəb olub.

Hadisə nəticəsində 1 nəfər yüngül yaralanıb. Uçuş zolağı və ya hava limanının digər obyektlərində hər hansı bir zərər qeydə alınmayıb.

Təhlükəsizlik qurumları hücumun mənbəyini müəyyən etmək üçün araşdırmalar aparır.

Seçilən
12
20
cebheinfo.az

10Mənbələr