İzmir Respublika Baş Prokurorluğunun İzmir Böyükşəhər Bələdiyyəsinə qarşı “rüşvətxorluq” və “qanunsuzluq” iddiaları ilə başlatdığı istintaq çərçivəsində, aralarında İzmir Bələdiyyəsinin keçmiş başçısı Tunç Soyerin də olduğu bir çox adam saxlanılıb.
Publika.az xəbər verir ki, bu barədə “Milliyyet” məlumat yayıb.
Bildirilir ki, İzmir Respublika Baş Prokurorluğu Terror Cinayətləri İstintaq Bürosu və Mütəşəkkil Cinayətlər Bürosu tərəfindən aparılan istintaq çərçivəsində səhər saatlarında İZBETON şirkəti və kooperativlərə qarşı əməliyyat keçirilib.
Maliyyə Cinayətlərinə Qarşı Mübarizə İdarəsinin qrupları barələrində həbs qətimkan tədbiri seçilən 157 nəfərin əksəriyyətini saxlayıb.