AZ

Türkiyədə FETÖ-yə qarşı əməliyyat: 156 şübhəli saxlanıldı

Türkiyənin 30 vilayətində FETÖ terror təşkilatına qarşı irimiqyaslı əməliyyat keçirilib.

Redaktor.az-ın məlumatına görə, bu barədə Türkiyənin DİN rəhbəri Əli Yerlikaya “X” sosial şəbəkə hesabında məlumat paylaşıb.

Məlumata görə, son 2 həftə ərzində jandarm qüvvələrinin həyata keçirdiyi əməliyyat çərçivəsində 156 şübhəli saxlanılıb, onlardan 65-i barəsindəhəbs qətimkan tədbiri seçilib.

"Əməliyyatın gedişində saxlanılan şübhəlilərin FETÖ-nün “cari strukturu”, o cümlədən məsul şəxsləri ilə sıx təmaslarda olduğu, terrorçu qruplaşmaya maddi dəstək göstərdiyi və sosial şəbəkələr üzərindən təşkilatın təbliğatı ilə məşğul olduğu bildirilir.

Əməliyyatların aşağıda adları çəkilən vilayətlərdə həyata keçirildiyi qeyd olunur:Adana, Adıyaman, Amasya, Ankara, Artvin, Aydın, Balıkesir, Batman, Bursa, Diyarbakır, Edirne, Elazığ, Erzurum, Eskişehir, Gaziantep, Giresun, Hatay, İstanbul, İzmir, Kırıkkale, Kocaeli, Kütahya, Manisa, Mersin, Muğla, Sakarya, Siirt, Şanlıurfa, Trabzon, və Yozqat", - məlumatda qeyd olunub.

Seçilən
20
7
redaktor.az

10Mənbələr