Türkiyənin 30 vilayətində FETÖ terror təşkilatına qarşı irimiqyaslı əməliyyat keçirilib.
Viral.az-ın məlumatına görə, bu barədə Türkiyənin DİN rəhbəri Əli Yerlikaya “X” sosial şəbəkə hesabında məlumat paylaşıb.
Məlumata görə, son 2 həftə ərzində jandarm qüvvələrinin həyata keçirdiyi əməliyyat çərçivəsində 156 şübhəli saxlanılıb, onlardan 65-i barəsindəhəbs qətimkan tədbiri seçilib.
Son Yazılar:
- Türkiyədə FETÖ-yə qarşı əməliyyat: 156 şübhəli saxlanıldı
- Məhkəmə Bakir Səfərovu həbsdə saxladı
- Dənizdən meyiti tapılan şəxs tələbə imiş
“Əməliyyatın gedişində saxlanılan şübhəlilərin FETÖ-nün “cari strukturu”, o cümlədən məsul şəxsləri ilə sıx təmaslarda olduğu, terrorçu qruplaşmaya maddi dəstək göstərdiyi və sosial şəbəkələr üzərindən təşkilatın təbliğatı ilə məşğul olduğu bildirilir.
Əməliyyatların aşağıda adları çəkilən vilayətlərdə həyata keçirildiyi qeyd olunur:Adana, Adıyaman, Amasya, Ankara, Artvin, Aydın, Balıkesir, Batman, Bursa, Diyarbakır, Edirne, Elazığ, Erzurum, Eskişehir, Gaziantep, Giresun, Hatay, İstanbul, İzmir, Kırıkkale, Kocaeli, Kütahya, Manisa, Mersin, Muğla, Sakarya, Siirt, Şanlıurfa, Trabzon, və Yozqat”, – məlumatda qeyd olunub.