Rusiyanın dörd hava limanı fəaliyyətini dayandırıb.
Paralel.az xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.
Bildirilib ki, Nijnekamsk, Saratov, Ulyanovsk və Kazan hava limanları müvəqqəti olaraq reysləri qəbul etmir və göndərmir.
Məlumata görə, bu tədbirlər uçuşların təhlükəsizliyini təmin etmək üçün tətbiq edilib.
Həmidə İbrahimova