İjevsk hava limanı müvəqqəti olaraq reysləri qəbul etmir.
Axar.az xəbər verir ki, bu barədə “Rosaviatsiya” məlumat yayıb.
“İjevskdəki müəssisələrdən birinə PUA hücum edilib. Bütün aiddiyyəti qurumlar hadisə yerinə gedib”, - bunu Udmurtiyanın rəhbəri Aleksandr Breçalov deyib.
Qeyd edək ki, İjevsk artıq bu səhər fəaliyyətini dayandıran beşinci Rusiya hava limanıdır. Uçuşların təhlükəsizliyini təmin etmək üçün oxşar tədbirlər Nijnekamsk, Ulyanovsk və Kazan hava limanlarında da həyata keçirilib. Saratov aeroportundakı məhdudiyyət isə artıq aradan qaldırılıb.