AZ

İran hücumu qorxusu ilə İsrail təyyarələri Yunanıstandadır

BAKI, TurkicWorld

İsrailin “gizli planı” ifşa edildi- Təyyarələr Yunanıstan və Cənubi Kiprə köçürülüb.

TurkicWorld xəbər verir ki, İsraillə İran arasında 12 günlük müharibə dövründə Tel-Əvivin Yunanıstan və Cənubi Kipr Rum Administrasiyası ilə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi "gizli plan"ın detalları üzə çıxıb.

İddialara görə, İsrail, “Yüksələn Aslan” əməliyyatından əvvəl öz dövlət və kommersiya təyyarələrini ehtiyat tədbiri olaraq bu ölkələrə köçürüb.

Yunan və İsrail mətbuatında yer alan məlumatlara əsasən, iyunun 13-də – İsrailin İrana hücumlarından yalnız bir neçə saat əvvəl – bir neçə İsrail təyyarəsi və kabin heyətləri Afinaya və Cənubi Kiprə eniş edib. Rəsmi səbəb kimi evakuasiya ehtimalına hazırlıq göstərilsə də, bu plan həm də Tehranın mümkün hava hücumlarından müdafiə məqsədi daşıyıb.

Təyyarələrin transferinə İsrailin nəqliyyat naziri Miri Regev, Mülki Aviasiya rəhbəri Şmuel Zakai və yerli aviasiya qurumları nəzarət edib. İsrailin “Sion Qanadları” adlı baş nazir təyyarəsinin də Afinada görüntüləndiyi bildirilir.

İsrailin əsas hava limanı olan Ben Qurion Aeroportunun hücum hədəfi ola biləcəyi barədə xəbərdarlıqlardan sonra El Al, Arkia, İsrair və Air Haifa kimi aviaşirkətlərə donanmalarını daha təhlükəsiz nöqtələrə köçürmələri tövsiyə olunub. Təhlükəsizlik tədbirləri çərçivəsində Şin Bet də təyyarələrin yerləşdirildiyi ölkələrdə təhlükəsizlik tədbirlərini gücləndirib.

Qeyd edək ki, Arrow və THAAD kimi hava hücumundan müdafiə sistemlərinin bu ehtimallara qarşı qeyri-kafi qalması narahatlıq doğurub. Bu uğursuzluq bir sıra beynəlxalq aviaşirkətlərin İsrailə uçuşlarını qeyri-müəyyən vaxta qədər təxirə salmasına səbəb olub. British Airways-in oktyabrın 25-dək bütün İsrail reyslərini dayandırdığı açıqlanıb.

Seçilən
8
14
turkic.world

10Mənbələr