Nazirlər Kabineti, həmçinin, Əfqanıstanla əməkdaşlıq proqramından və Asiya və Okeaniya ölkələri ilə inkişaf üzrə regional əməkdaşlıq strategiyasından mərhələli şəkildə imtina etmək qərarına gəlib. Məqsəd birbaşa iqtisadi yardım modelindən ticarət əlaqələrinə keçməkdir. Məlumatda qeyd olunur ki, yardım siyasətinin yenidən qiymətləndirilməsi dünyada dəyişən vəziyyətlə əlaqədardır.
"Bir çox ölkədə vəziyyət ABŞ-nin bir sıra yardımları dayandırması səbəbindən daha da pisləşib. Bu səbəbdən İsveç yardım büdcəsinin 2025-ci il üçün prioritetlərini geniş şəkildə yenidən dəyərləndirmək qərarına gəlib. Ukraynaya dəstək və insanların həyatını xilas etmək üçün 1,67 milyard kron ayırırıq. İsveç ABŞ-nin azalan yardımını tam əvəzləyə bilməz, lakin biz əlimizdən gələni etməliyik ki, həm Ukraynanı, həm də ehtiyac içində olan insanları dəstəkləyək," - İsveçin xarici ticarət və inkişaf üzrə beynəlxalq əməkdaşlıq naziri Binyamin Dusa bildirib.
Nazir vurğulayıb ki, "Ukraynaya və ona yaxın bölgələrə dəstək Avropa üçün həyati əhəmiyyət daşıyır" və "Ukrayna İsveçin inkişaf və xarici siyasət sahəsində əsas prioritetidir".
Bundan əlavə, bazar ertəsi İsveç hökuməti silahlarla bağlı qanunvericiliyə dəyişiklik edərək yarıavtomatik silahların, xüsusən də AR-15 tipli tüfənglərin ov məqsədilə istifadəsini qadağan edib. Ölkədə əhalinin əlində təxminən 7 min belə tüfəng var. Bu dəyişikliklərin məqsədi həmin silahları geri alaraq Ukraynaya göndərməkdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31