AZ

İsveç Ukraynaya dəstək üçün 180 milyon dollar ayıracaq

İsveç digər ölkələrə verilən iqtisadi yardımın strukturuna yenidən baxaraq Ukraynaya dəstək üçün təxminən 1,67 milyard kron (180 milyon dollar) göndərəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ölkənin hökumət idarəsinin press-relizində bildirilib.

İsveç hökuməti həmçinin Əfqanıstanla əməkdaşlıq proqramını və Asiya və Okeaniya ölkələri ilə regional inkişaf əməkdaşlıq strategiyasını mərhələli şəkildə ləğv etmək qərarına gəlib. Bildirilən məqsəd iqtisadi yardımdan ticarətə keçməkdir.

Ukrayna və ətrafına dəstəyin Avropa üçün ekzistensial əhəmiyyət daşıdığını bildirən İsveç, bu ölkənin İsveçin xarici siyasətində əsas prioritet olduğunu qeyd edib.

Seçilən
17
22
operativmm.az

10Mənbələr