İsveç digər ölkələrə verilən iqtisadi yardımın strukturuna yenidən baxaraq, Ukraynaya dəstək üçün təxminən 1,67 milyard kron (180 milyon dollar) ayıracaq.
Qaziler.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin hökumət idarəsinin press-relizində bildirilib.
İsveç hökuməti həmçinin Əfqanıstanla əməkdaşlıq proqramından, Asiya və Okeaniya ölkələri ilə regional əməkdaşlıq üzrə inkişaf strategiyasından tədricən imtina etmək qərarına gəlib. Məqsəd iqtisadi yardımdan ticarətə keçiddir.
İsveçin Xarici Ticarət və Beynəlxalq İnkişaf üzrə Əməkdaşlıq naziri Benyamin Dusanın sözlərinə görə, Ukraynaya və ona bitişik ərazilərə dəstək Avropa üçün ekzistensial əhəmiyyət kəsb edir və bu ölkə İsveçin xarici siyasətində əsas prioritetdir.
QAZİLER.AZ