
Bakının mərkəzində yerləşən tarixi binada tavan çöküb. Hadisə nəticəsində təkcə tavan yox, həmçinin divarlar, pəncərələr, qapılar və döşəmələr də zədələnib. Sakinlər çox ağır və təhlükəli vəziyyətə düşüblər.Xəzər Xəbərin məlumatına görə, binanın ikinci mərtəbəsində yerləşən su boruları illər əvvəl sıradan çıxıb və o vaxtdan bəri müntəzəm olaraq sızmalar baş verir.Sakinlərin sözlərinə görə, problemlər əvvəldən mövcud olub, amma son günlərdə vəziyyət xeyli təhlükəli hal alıb.Nəsimi Rayon İcra Hakimiyyətindən bildirilib ki, bina 1906-cı ildə istismara verilib və tarixi abidə statusuna malikdir. Hazırda bina qəzalı vəziyyətdədir. Bərpa işləri isə yalnız xüsusi layihə əsasında aparıla bilər.İcra hakimiyyəti bildirir ki, müvafiq qurumlara rəsmi müraciətlər göndərilib və təmir-bərpa işlərinin aparılması üçün proses gözlənilir.Ulusum.az
Diqqət Çəkənlər
Gizem Karaca İlk dəfə Ana Oldu – Körpənin Adı Açıqlandı - FOTO
Rusiyada azərbaycanlı xanımı döydülər - ANBAAN GÖRÜNTÜLƏR
Avropa Ermənistana əl uzatdı – 270 milyon avro kimə və niyə gedir?