AZ

Bu işdə əli olanlar məsuliyyətə cəlb olunmalıdır Deputat

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

“Bir neçə gün əvvəl yol səthinin çökməsi nəticəsində Cümşüd adlı bir vətəndaş müvazinətini itirərək kanalizasiya kollektoruna düşdü, həyatını itirdi. İlk gün uzaqdan çəkilmiş video-görüntülərdə onun quyuya düşdüyü bildirilsə də, sonrakı günlərdə yaxından görüntülər ortaya çıxdı və məlum oldu ki, Cümşüd heç də ora düşməyibmiş. O, üzəri taxta ilə “ört-basdır” edilmiş yerin kənarında dayanıb. Nəticədə səth çöküb və faciə baş verib. Baş Prokurorluqdan verilən məlumata görə isə, Cümşüdün çökmə nəticəsində düşdüyü kanal Azərbaycan Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin Bakı Sukanal İdarəsinin balansında olub və həmin idarə tərəfindən istismar olunub”.Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Müşfiq Cəfərov deyib. O bildirib ki, hər şeydən əvvəl, əgər şəhərdə qəzalı vəziyyətdə olan hissə varsa, bu yerlərə xəbərdaredici və məlumatlandırıcı lövhələr quraşdırılmalı, mühafizə zonası yaradılmalıdır:“Hətta vəziyyətin təhlükəlilik dərəcəsinə uyğun olaraq, ərazidə müvəqqəti çəpərləmə işləri aparılmalıdır. Bu tədbirlər qəzalı vəziyyət aradan qaldırılana kimi kiminsə ehtiyatsızlıqdan yıxılması, xəsarət alması və həyatını itirməsinin qarşısı almalıdır.Bakı Sukanal İdarəsindən də bildirilib ki, qəza baş verən ərazidə xəbərdaredici nişanların, həmçinin dəmir məhəccərlərin quraşdırılmasına baxmayaraq, əraziyə iritonnajlı yük maşınları daxil ola bilsin deyə, sahibkarlar xəbərdaredici və qadağanedici nişanları yığışdırıblar. Düşünürəm ki, aidiyyəti qurumların açıqlamaları hərtərəfli təhlil olunmalı və qəza zolağından, deyildiyi kimi, nişanlar sökülübsə, onu sökən şəxs və ya şəxslər, yaxud bu işdə əli olan qurumlar mütləq şəkildə məsuliyyətə cəlb olunmalıdır”.Cavidan Mirzəzadə

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
29
demokrat.az

10Mənbələr