Fanat saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
“Beşiktaş” klubu yeni transfer reallaşdırıb.
Fanat.Az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
"Qara qartallar" müqavilə ilə “Roma”ya məxsus olan ingilis hücumçu Temmi Abrahamı heyətinə qatıb.
27 yaşlı forvard artıq İstanbuldadır. O, tibbi müayinədən sonra rəsmi müqaviləyə imza atacaq.
Qeyd edək ki, Temmi Abraham ötən mövsümü icarə əsasında “Milan”da keçiriib. İngiltərə millisinin sabiq üzvü "rossoneri"nin heyətində bütün yarışlarda 44 oyun keçirib. O, bu görüşlərdə 10 qol vurub və 7 məhsuldar ötürmə edib. Abraham "Roma" və "Milan"dan başqa, "Çelsi" və "Aston Villa"da da çıxış edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.