“Aston Villa”dan beş futbolçu ayrılıb.


Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qapıçı Robin Olsen və müdafiəçi Kortni Hausun müqavilələri başa çatıb.


Daha üç futbolçu - Markus Reşford, Marko Asensio və Aksel Disasi icarə müddətinin başa çatması səbəbindən klublarına qayıdacaq.


Hər üç oyunçu 2025-ci ilin fevralından komandada icarə əsasında çıxış edirdi.


PSJ-yə məxsus Asensio "Aston Villa"da 21 oyun keçirib, 8 qol vurub. “Mançester Yunayted”ə məxsus Reşford 17 oyuna 9 qol vurub. Disasi isə "Çelsi"dən "Aston Villa"ya keçmişdi. O, bu komandada 10 oyuna çıxıb.