"Beşiktaş" İtaliya təmsilçisi "Roma"da çıxış edən Temmi Abrahamı transfer edir.
Rekord.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
"Qara qartallar" 27 yaşlı hücumçu və klubu ilə danışıqlara başladığını İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) bildirib.
İngiltərəli forvard 2021-ci ildən "Roma"da çıxış edir.