Bakı. Trend:
İran prezidenti Məsud Pezeşkian İranın Atom Enerjisi üzrəBeynəlxalq Agentliklə əməkdaşlığının dayandırılması üzrə qanununicrasına qərar verib.
Bu barədə Trendİran KİV-ə istinadən məlumat verib.
Məlumata görə, İran parlamentinin 25 iyun 2025-ci il tarixindəqəbul etdiyi və Konstitusiyaya Nəzarət Şurasının təsdiqlədiyi qanunlayihəsi icra üçün müvafiq qurumlara elan olunub.
Məlumatda deyilir ki, bu qanun İranın Atom Enerjisi Təşkilatı,Ali Milli Təhlükəsizlik Şurası və Xarici İşlər Nazirliyi tərəfindənicra olunacaq.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəlirəsmilər ölüb.
Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı iləİsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.
Xatırladaq ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi havahücumları edib. Hava hücumları nəticəsində İranın nüvəobyektlərinin məhv edildiyi qeyd olunub.
Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəkihərbi bazasına hava zərbələri endirib.
Bu gün İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞprezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsərazılaşdığını elan edib.
İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraqhücumların dayandırıldığını qeyd edib.