Bu gün İsveçrədə qadınlar arasında futbol üzrə Avropa çempionatı başlayır. UEFA-nın himayəsi ilə təşkil olunan bu mötəbər turnir Avropanın 16 ən güclü qadın millisini bir araya gətirəcək və iyulun 2-dən 27-dək keçiriləcək.
Matçlar ev sahibi olan səkkiz şəhərin: Bazel, Bern, Cenevrə, Sürix, Sankt-Qallen, Luzern, Tun və Sionun aparıcı stadionlarında keçiriləcək.
Stadionlarda 600 000-dən çox tamaşaçı və dünyanın 190-dan çox ölkəsində yarım milyarddan çox televiziya tamaşaçısının olacağı turnirdə ümumilikdə 31 qarşılaşma nəzərdə tutulub.
İştirakçılar hər birində dörd komanda olmaqla dörd qrupa bölünüblər. Hər kvartetdən iki ən yaxşı komanda turnirin 1/4 finalına yüksələcək.
Qadınlar arasında Avropa çempionatında ən çox medal qazanan komanda Almaniya millisidir. Ümumilikdə almanlar turnirdə 10 dəfə iştirak edib və səkkiz dəfə qalib olublar, 1995-ci ildən 2013-cü ilə qədər isə ardıcıl altı dəfə qalib olublar .
İngilis qadınlar hazırkı Avropa çempionlarıdır və titullarını qorumağa hazırlaşırlar. İspan qadınlar hazırkı dünya çempionlarıdır (2023-cü ildə Dünya Kubokunu qazanıblar) və ikinci ən vacib futbol kubokunu qazanmağı xəyal edirlər.
Avroda ən çox - hər biri 11 dəfə Norveç və İtaliya milliləri oynayıblar.
Norveçlilər iki dəfə Avropa çempionu olublar, italyanlar isə heç vaxt.
İsveç və Hollandiya yığmaları da hərəyə bir dəfə turnirin qalibi olublar.
Almaz Həsənli