Bakı. Trend:
Avropa İttifaqı (Aİ) Moldovaya “islahatların həyata keçirilməsi”müqabilində 1,9 milyard avroluq proqramdan 217 milyon avroməbləğində yardımın birinci tranşını ayırıb.
Trend-inməlumatına görə, bu barədə Aİ-Moldova sammitindən sonra keçirilənmətbuat konfransında Avropa Komissiyasının rəhbəri Ursula fon derLyayen bildirib.
"Bu gün biz islahat öhdəliklərini yerinə yetirən Moldova üçünartım planı çərçivəsində 217 milyon avro yardımın ayrılmasını elanedirik. Avropa İttifaqı yardim ilə bağlı öz öhdəliklərini yerinəyetirir", - deyə o qeyd edib.
Onun sözlərinə görə, bu, “1,9 milyard avroluq proqramdan birincitranşdır”.