AZ

"Atletiko" "Vilyarreal"ın yarımmüdafiəçisini transfer edib

İspaniyanın "Atletiko Madrid" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən məlumatına görə, paytaxt təmsilçisi "Vilyarreal"ın yarımmüdafiəçisi Aleks Baenanı transfer edib.

Madrid klubu 23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalayıb. 

İspaniya millisinin üzvünün transferi "Atletiko"ya 45 milyon avroya başa gəlib. "Vilyarreal" bu keçiddən əlavə 5 milyon avro bonus da qazana bilər.

Baena ötən mövsüm sol cinahda əsasən vinger kimi çıxış edib və ümumilikdə 33 oyunda 7 qol, 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
23
50
90deqiqe.az

10Mənbələr