AZ

“Nyukasl” “Bayer"in müdafiəçisi üçün təklif göndərib

İngiltərənin “Nyukasl Yunayted” klubu yay transfer dönəmində müdafiə xəttini gücləndirməyə qərar verib.

90deqiqe.Az-ın “FourFourTwo” nəşrinə məlumatına görə, klub rəhbərliyi müdafiənin mərkəzinə əsas transfer hədəfini müəyyənləşdirib.

 “Sağsağanlar” “Kristal Pelas”ın müdafiəçisi Mark Qehini transfer etməyə çalışsa da, bu, nəticə verməmişdi. Hazırda futbolçunun “Liverpul”a keçidi yaxın görünür.

Bu səbəbdən “Nyukasl” diqqətini Almaniyaya yönəldib. Klub, “Bayer Leverkuzen”in 26 yaşlı müdafiəçisi Edmond Tapsoba üçün rəsmi təklif göndərib.

Burkina-Faso yığmasının üzvü 2020-ci ildən bəri “Bayer”də çıxış edir. O, 2024/2025 mövsümündə bütün turnirlərdə 43 oyuna çıxaraq 2 məhsuldar ötürmə verib və 7 sarı vərəqə alıb.

“Transfermarkt” portalı Tapsobanın bazar dəyərini 35 milyon avro olaraq qiymətləndirir.

Seçilən
28
38
90deqiqe.az

10Mənbələr