AZ

“Xarici dil kimi Çin dili əlavə olunsun” Ekspertdən TƏKLİF

Redaktor.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Ali təhsil müəssisələrinə qəbul imtahanlarında rus dili xarici dil statusundan çıxarılmalıdır. Əgər rus dili xarici dil kimi qalacaqsa, o zaman türk dili də xarici dil kimi qəbul imtahanlarında əlavə olunmalıdır".

Redaktor.az xəbər verir ki, bu fikirləri təhsil eksperti Ramin Nurəliyev özünün feysbuk hesabında yazıb.

"Təklif edirəm ki, xarici dil kimi Çin dili əlavə olunsun. Çin dili digər xarici dillərin bir çoxundan daha perspektivlidir. Çin bir çox istiqamətdə dünyaya meydan oxuyur. İqtisadi cəhətdən güclü dövlətdir. Bir çox ölkə ilə müxtəlif sahələr üzrə əməkdaşlıq edir. Dünya əhalisinin hardasa 1/5 çin dilində danışır. Çinin Azərbaycan ilə də yaxşı dostluq əlaqələri var. Azərbaycan Prezidentinin Çinə rəsmi səfərində yüksək səviyyədə qarşılanması Çin dövlətinin Azərbaycan xalqına olan hörmətinin ifadəsidir. Buna görə də, düşünürəm ki, gələcəkdə Çin-Azərbaycan dostluğunu və birgə əməkdaşlığını diqqətə alarsaq Azərbaycanda Çin dilinə ciddi tələbat qaçılmazdır",- deyə o bildirib.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
46
redaktor.az

10Mənbələr