AZ

Nadal özünü məşqçi kimi görmür

“Böyük dəbilqə” turnirlərinin 22 qat çempionu, ispaniyalı Rafael Nadal gələcəkdə məşqçi kimi çalışmaq perspektivi haqda danışıb:
“İndi özümü bu rolda təsəvvür etmirəm, o qədər məşğulam ki, bu haqda düşünə bilmərəm. Ancaq tennis həyatımın ayrılmaz hissəsidi, bir neçə ildən sonra nəyin baş verəcəyini deyə bilmərəm. İndi həyatım belədi, ancaq üç-dörd il sonra necə olacağını demək çətindi”.

Xatırladaq ki, Nadal peşəkar tennis karyerasını 2024-cü ilin noyabrında – onun şərəfini qoruduğu İspaniya yığması Devis kubokunun 1/4 finalında Niderlanda uduzandan sonra bitirib.
Seçilən
2
44
football-plus.az

10Mənbələr