ABŞ prezidenti Cozef Baydenin keçmiş milli təhlükəsizlik müşaviri Ceyk Sallivan “The New York Times” qəzeti üçün yazdığı məqalədə hazırkı ABŞ administrasiyasının Ukraynaya hərbi yardımı dayandırmaq qərarını tənqid edib. O, Rusiyaya daha çox təzyiq göstərməyə çağırıb.
"Putinin hesablamalarını dəyişmək və davamlı atəşkəsə nail olmaq üçün ABŞ Rusiyaya yüngül deyil, daha çox təzyiq göstərməlidir. Biz Ukraynaya az deyil, daha çox dəstək verməliyik", - Sallivan yazıb.
Sallivan iddia edir ki, hazırda Ukrayna Silahlı Qüvvələri Rusiyaya güclü xərclər yaşadan “möhkəm hərbi qüvvə” sayılır.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural