ain.az, Xalqcebhesi portalına istinadən məlumat verir.
Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildirib ki, Rusiya ilə ABŞ arasında növbəti danışıqlar raundu Ər-Riyadda baş tuta bilər.
Xalqcebhesi.az xəbər verir ki, Fox News kanalının məlumatına görə, ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Səudiyyə Ərəbistanının müdafiə naziri şahzadə Xaled bin Salman Al Səud ilə gizli görüş keçirib. Bir neçə saat sonra isə Moskvada Sergey Lavrov Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Al Səud ilə kameralar qarşısında görüşüb.
Görüşdən sonra Lavrov bəyan edib ki, Yaxın Şərqdə “müharibə partiyası” hələ də aktivdir, lakin Moskva və Vaşinqton bu proseslərin nəzarətsiz qalmasına imkan vermək niyyətində deyil.
Bundan əvvəl son altı ayda beşinci dəfə olaraq Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı baş tutub. Danışıqdan sonra Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, tərəflər İran ətrafındakı vəziyyəti və ümumilikdə Yaxın Şərqdəki durumları ətraflı şəkildə müzakirə ediblər. Danışıqlarda Suriyada nizamlanma məsələsi də gündəmdə olub.
Məryəm Quliyeva
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.